Türkiyə voleybol millisi Paris olimpiadasına qələbə ilə başlayıb
Türkiyənin qadınlardan ibarət voleybol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
Fhnews.az xəbər verir ki, “ay-ulduzlular” C qrupunun I turunda Niderland seçməsi ilə üz-üzə gəliblər. Matç Türkiyə kollektivinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13).
İlk iki hissə Niderland yığmasının üstünlüyü ilə yekunlaşsa da, qardaş ölkə üçüncü setə daha fəal və istəkli başlayaraq yekunda qalib gəlib.
Milli komanda turun növbəti görüşündə Dominikan Respublikasının voleybolçuları ilə qarşılaşacaq. Oyun avqustun 1-də reallaşacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...