Türkiyə sahillərində 108 qeyri-qanuni miqrant saxlanılıb
Türkiyənin Muğla sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olduqları ehtimal edilən 3 şübhəli saxlanılıb.
Fhnews.az xəbər verir ki, bu şəxslərdən 82-si Muğlanın Milas, 26-ı isə Fethiye rayonları ərazisində ələ keçirilib. Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.
Miqrantların saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı onlara köməklik etdiyi ehtimal olunan üç şübhəli saxlanılıb.
Əcnəbilərdən ibarət bu, 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...