Türkiyə Çin və ABŞ-nı geridə qoyaraq PUA sektorunda lider olub
Qlobal hərbi pilotsuz uçuş aparatı (PUA) bazarında dramatik bir dəyişiklik yaşanır. ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) son hesabatına görə, Türkiyə silahlı PUA və pilotsuz uçuş aparatlarının tədarükündə dünya üzrə ən böyük paya sahib ölkə olaraq zirvəyə yüksəlib. Bu yüksəliş ABŞ və İsrail kimi əvvəlki liderləri geridə qoyaraq PUA-ların qlobal yayılmasında yeni bir dövrün başlanğıcı olub.
Bu ayın əvvəlində yayınlanan CNAS hesabatına əsasən, 2018-ci ildən bəri Türkiyə, Çin və ABŞ 40 fərqli ölkəyə ümumilikdə 69 silahlı PUA satışı həyata keçirib. Bu satışların 65%-i Türkiyəyə məxsus olduğu halda, Çin 26%-lik pay alıb, ABŞ isə yalnız 8%-lə geridə qalıb.
Mütəxəssislərə görə, Türkiyənin PUA bazarında lider mövqeyə yüksəlməsinin əsas səbəbi rəsmi Ankaranın yerli müdafiə sənayesinə verdiyi önəmdir. Türkiyənin inkişaf etmiş PUA-lar istehsal etmə uğuru xüsusilə ABŞ və İsrail kimi ənənəvi müttəfiqlərinin texnologiya transferini məhdudlaşdırdığı və ya satışları rədd etdiyi kritik dövrlərdə müdafiə sənayesinin xarici texnologiyalara çıxışla bağlı maneələri aradan qaldırma səylərinin birbaşa nəticəsidir.
PUA-lar ilk dəfə istahsal edildiyi vaxtlar əsasən kəşfiyyat, müşahidə və atəş dəstəyi tapşırıqlarında istifadə olunan sadə sistemlər idi. Lakin zaman keçdikcə PUA-lar müxtəlif yükləri daşıya bilən mürəkkəb platformalara çevrildi və bu, müasir müharibələrdə onların rolunu əhəmiyyətli dərəcədə genişləndirdi.
Türkiyənin qlobal PUA bazarındakı liderliyi “Baykar”, “Roketsan” və “Aselsan” kimi müdafiə şirkətlərinin uğurlarına əsaslanır. “Baykar” tərəfindən istehsal edilən “Bayraktar TB2” PUA-sı xüsusilə Azərbaycan ilə Ermənistan arasındakı Qarabağ müharibəsində istifadə edilərək Türkiyənin PUA texnologiyasındakı uğurunu simvolizə edən bir məhsula çevrildi. “Bayraktar TB2” ilə yanaşı “Baykar” tərəfindən inkişaf etdirilən “Akıncı” PUA-sı daha mürəkkəb və yüksək irtifa imkanlarına malikdir və Türkiyənin qabaqcıl texnologiyaya sahib PUA istehsalçısı kimi statusunu daha da möhkəmləndirən bir vasitədir.
2022-ci ildə altı ölkə ilk dəfə PUA bazarına daxil oldu və onların hamısı “Baykar”ın “Bayraktar TB2” modelini seçdi. Bu isə Türkiyənin qlobal bazardakı dominantlığını daha da möhkəmləndirdi.
ANKA kimi unikal dizayn və qabiliyyətlərə malik PUA-ların inkişaf etdirilməsi Türkiyənin müdafiə sənayesi üçün böyük bir dönüş nöqtəsi oldu. 2021-ci ildə Türkiyə Çini geridə qoyaraq PUA ixracını əhəmiyyətli dərəcədə artırdı. “Baykar” 2000-ci illərin əvvəllərindən bəri istehsal etdiyi PUA-ların 83%-ni ixrac edib və 2022-ci ildə 1,8 milyard dollarlıq ixrac həyata keçirib.
Türkiyənin “Baykar”, “Roketsan” və “Aselsan” kimi şirkətlər vasitəsilə hərbi PUA istehsalında lider ölkəyə çevrilməsi qlobal hərbi güc balansında daha geniş dəyişikliklərin bir əksidir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...