Türk Hava Yolları ABŞ-ın daha bir şəhərinə uçuşlara başlayıb
Türk Hava Yolları (THY) ABŞ səfərlərinə Kolorado ştatının Denver şəhərini də əlavə edib. Bu, aviaşirkətin ABŞ-da 14-cü səfər məntəqəsidir.
Fhnews.az xəbər verir ki, aviaşirkətin bununla bağlı açıqlamasında İstanbul və Denver beynəlxalq hava limanları arasında həftədə üç reyslə başlayan uçuşların iyulun 9-dan 4-nə çatdırılacağı bildirilir.
Məlumata əsasən, şirkət ilk reys üçün biletlərin qiymətləri ilə bağlı xüsusi endirim kampaniyası həyata keçirib.
Qeyd edək ki, THY-nin ABŞ-da ilk istiqaməti 1988-ci ildə Nyu-York olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...