2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Tramp ingilis dilinin ölkənin rəsmi dili olması haqqında fərman imzalayıb

28-02-2025
IMG

ABŞ prezidenti Donald Tramp ingilis dilini ABŞ-nın rəsmi dili elan edən fərman imzalayıb.

Açıqlamada Müstəqillik Bəyannaməsi və Konstitusiya kimi tarixi sənədlərlə yanaşı, ingilis dilinin də millətin dili olduğuna diqqət çəkilərək, prezident Trampın ingilis dilini ölkənin rəsmi dili elan edən fərmanı imzaladığı qeyd edilib.

"İngilis dilinin ABŞ-nın rəsmi dili kimi tanınmasının çoxdan vaxtıdır", - yazılan  bəyanatda keçmiş prezident Bill Klintonun dövründə federal qurumlara tətbiq edilən “İngiliscə bilməyənlərə hərtərəfli dil yardımı göstərilməsi əmri”nin fərmanla ləğv edildiyi, bu qurumlara xidmətlərində “İngilis dilindən başqa dil istifadəsi” ehtiyaclarını müəyyən etmək üçün çeviklik verildiyi vurğulanıb.

Bəyanatda ABŞ-da 350-dən çox fərqli dilin danışıldığı və hazırda 30-dan çox ştatın ingilis dilini rəsmi dil kimi qəbul etdiyi iddia edilib.

Paylaş: