Tokioda bu yayın qızmar istiləri 248 nəfərin ölümünə səbəb olub
Yay mövsümü başlayandan Yaponiyanın paytaxtı Tokioda istidən 248 nəfərin öldüyü açıqlanıb. Tokio Ədli Tibb İnstitutundan verilən açıqlamada 1 iyun - 31 avqust tarixləri arasında nəhəng metropolda 248 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.
Həyatını itirənlərin 32 nəfəri 90, 97 nəfəri 80, 82 nəfəri 70, 27 nəfəri 60 yaşlarında olub, 10 nəfərin isə 60 yaşdan aşağı olduğu qeyd edilib.
Yaponiya Meteorologiya Agentliyi bu ilin iyul ayının 1898-ci ildən bəri yaşanmış ən isti iyul olduğunu açıqlayıb. Bu yayın ən isti günü iyulun 29-da termometrlərin 41 dərəcə göstərdiyi Toçiqi əyalətində qeydə alınsa da, yay boyu bir çox bölgədə temperatur göstəriciləri 35 dərəcə və yuxarı olub. Ölkədə minlərlə insan günvurması səbəbindən xəstəxanalara yerləşdirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...