2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

THY təyyarələrdə ödənişsiz internet xidmətinə başlayır

22-07-2024
IMG

“Türk Hava Yolları”nın (THY) bütün təyyarələrində ödənişsiz və limitsiz internet xidməti fəaliyyətə başlayır. Bununla bağlı THY ilə Türkiyənin rabitə operatoru “Türksat” şirkəti arasında müqavilə imzalanıb.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir aviaşirkətin hava gəmilərində internet xidmətinin “Türksat”ın peykləri vasitəsilə təmin ediləcəyini deyib.

Paylaş: