Tekirdağda planktonun artması ilə dənizin rəngi dəyişib
Türkiyədə Mərmərə dənizinin Tekirdağ sahilində planktonun,yəni dənizdə mikroskopla görünən təkhüceyrəli orqanizmlərin çoxalması dəniz suyunun rənginin bəzi yerlərdə narıncı olmasına səbəb olub.
Şarköy mahalına bağlı Uçmakdere Məhəlləsində sahilin bəzi yerlərində dənizin narıncıya çevrilməsi vətəndaşları təəccübləndirib.
Mütəxəssislər isə bildirib ki, bütün təbiətdə olduğu kimi dənizdə də zaman zaman bəzi mövsümi hadisələr baş verir. Plankton adlı bioloji orqanizm çoxalma zamanı öz daxilində partlayış yaşayır. Planktonun növünə görə, dəniz narıncı və ya qəhvəyi rəngə çevrilə bilər ki, bu da bir çox şəhərlərdə çimərliklərdə müşahidə olunur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...