Tehranda su qıtlığı səbəbindən su istehlakı 20 % azaldılıb
İranın paytaxtı Tehranda bəndlərdə suyun səviyyəsinin azalması səbəbindən insanlar su istehlakını 20 faiz azaltmağa çağırılıb.
“İran Tələbə Xəbər Agentliyi”nin məlumatına görə, Tehran 5-ci ildir ki, quraqlıq yaşayarkən, yağıntıların 45 faiz azalması paytaxtda su qıtlığına səbəb olub.
Bildirilib ki, paytaxtı su ilə təmin edən bəndlərdə suyun həcmi azalıb və hava proqnozları quraqlığın gələn il də davam edəcəyini göstərir. Tehran Su İdarəsi həmçinin yay aylarında su qıtlığından qaçmaq üçün insanları istehlaklarını 20 faiz azaltmağa çağırıb.
Tehranın su ehtiyatları və istehlakında disbalansla üzləşdiyi, bəzi evlərdə gündə adambaşına 500 litr su sərf edildiyi, bunun da standartlardan xeyli yüksək olduğu bildirilib.
Bu çərçivədə həddindən artıq sudan istifadə edən abonentlərə ilk növbədə xəbərdarlıq ediləcəyi və yüksək istehlakın davam edəcəyi təqdirdə suyunun kəsiləcəyi bildirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...