Tayvanda atom elektrik stansiyasında yanğın olub
Tayvanın Pinqtunq şəhərindəki Maanşan Atom Elektrik Stansiyasında səhər saatlarında baş verən yanğının ardından radiasiya sızmasının olmadığı bildirilib.
Bu gün yerli vaxtla saat 11.30-da Tayvanın cənubundakı Pinqtunq şəhərindəki Maanshan Atom Elektrik Stansiyasında baş verən yanğının səbəbi hələ müəyyən edilməyib. Səlahiyyətlilər yanğının elektrik stansiyasından kənarda yerləşən soyutma qurğularında baş verdiyini və heç bir təhlükənin olmadığını bildirib. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə müdaxilə edib və yanğın təxminən 10 dəqiqə ərzində nəzarətə götürülüb.
Yanğın zamanı atom elektrik stansiyasından qalxan qara tüstü təxminən 1 kilometr məsafədən görünüb. Elektrik stansiyasının əməliyyat şirkəti “Taiwan Power Co.” tərəfindən edilən yazılı açıqlamada yanğının qısa müddətdə nəzarət altına alınmasından sonra elektrik stansiyasında radiasiya sızmasının olmadığı və işlərin təhlükəsiz şəkildə davam etdirildiyi bildirilib. Açıqlamada o da bildirilib ki, yanğın obyektə yaxın ərazidə boru kəmərlərinin kəsilməsi işləri zamanı yaranan qığılcımların küləyin təsiri ilə soyuducu qüllələrə keçməsi nəticəsində baş vermiş ola bilər.
Atom elektrik stansiyasının aktiv bloklarından təxminən 50 metr aralıda meydana gələn yanğın Tayvan ictimaiyyəti və yerli mediasında narahatlıq doğursa da, əməliyyat şirkəti araşdırmaya başlanıldığını və hadisənin yenidən baş verməməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...