Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Tayvanın şərq sahillərində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteoroloji Bürosu xəbər yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 22:27-də (Bakı vaxtı ilə 18:27) baş verib.
Seysmoloqlar bildirir ki, təkanların episentri Hualien şəhərindən 18,3 km cənubda, ocağı 17 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...