Taylandda tunel çöküb
Tailandın Nakhon Ratchasima bölgəsində tikilməkdə olan tunelin çökməsi nəticəsində dağıntılar altında qalan 3 işçinin cəsədi tapılıb. “Bangkok Post” qəzetinin məlumatına görə, Tayland Dövlət Dəmir Yollarının rəisi Ekkarat Sriarayanponq çökən tunel tikintisində aparılan axtarış-xilasetmə işləri ilə bağlı açıqlama verərək dağıntılar altında qalan 3 işçinin cəsədinin tapıldığını bildirib.O, bildirib ki, ölən işçilərdən ikisi Çindən, biri isə Myanmadandır və cəsədlər bir gün fərqlə tapılıb.
Daxili işlər naziri Anutin Çarnvirakul da axtarış-xilasetmə işlərinin 126 saat davam etdiyini qeyd edib.
Xatırladaq ki, Taylandın Nakton Ratchasima bölgəsində tunelin bir hissəsi Çin-Tailand sürətli qatar xəttinin tikintisi zamanı çöküb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...