Taylandda musson yağışları
Cənubi Asiyada təsirli olan musson yağışları Taylandın bir çox şəhərində həyatı dayandırıb. Tayland Fəlakətin Qarşısının Alınması Departamentinin verdiyi açıqlamada, son həftədə ölkə daxilində baş verən sel və torpaq sürüşmələrində 22 nəfərin həyatını itirdiyi, 19 nəfərin isə yaralandığı bildirilir. 21 min 824 ev zərər görüb. Yağışların təsirli olduğu Chiang Rai, Phayao, Nan, Phrae, Phetchabun və Nakhon Si Thammarat əyalətləri daşqın zonası elan edilib, Tayland Meteorologiya İdarəsi vətəndaşlara yağışların ayın sonuna qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Taylandın şimal bölgələrinə təsir edən yağış və sel sularının yaxın günlərdə Çao Phraya çayı vasitəsilə paytaxt Banqkoka təsir edəcəyi ehtimal edilir.
Taylandın yeni baş naziri Paetongtarn Şinavatra və onu müşayiət edən nümayəndə heyəti dünən Şimal əyalətlərində təbii fəlakət bölgələrini ziyarət edib və vətəndaşlarla görüşüb.Baş nazir Şinavatra sel fəlakətinin çox təsirli olduğu Nan əyalətində yardım gəmisi ilə qida və ləvazimatların paylanmasına qatılıb, daha sonra evlərindən evakuasiya edilən vətəndaşlar üçün yaradılmış təcili yardım mərkəzinə baş çəkib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...