Taylandda festivalda faciə
Taylandın Roi Et əyalətində yerli əhalinin hər il ənənəvi olaraq keçirdiyi raket festivalında fəlakət baş verib. Yerli vaxtla saat 17:00 radələrində baş verən hadisədə buraxılış zamanı yaranan texniki nasazlıq nəticəsində 2 metrlik raket idarəetmədən çıxaraq tamaşaçıların şounu izlədiyi əraziyə düşüb. Qəzada 4-ü ağır olmaqla azı 15 nəfər yaralanıb. Hadisənin baş verdiyi anlar şounu izləyən bəzi iştirakçılar tərəfindən lentə alınıb. Görüntülərdə raketin buraxılış meydançasında sıxışdığı və daha sonra kütləyə tərəf döndüyü və çaxnaşmaya səbəb olduğu görünür. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...