2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Tatu mürəkkəbi limfa və dəri xərçəngi riskini artırır

05-03-2025
IMG

Alimlər müəyyən ediblər ki, döymə mürəkkəbinə məruz qalan insanların tatuirovkası olmayanlara nisbətən limfa və dəri xərçənginə tutulma ehtimalı daha yüksəkdir. “Science Daily”nin məlumatına görə, Cənubi Danimarka Universiteti və Finlandiyanın Helsinki Universitetinin alimləri döymə mürəkkəbinin bədənə təsirini araşdırmaq üçün təxminən 5900 əkiz qardaşın sağlamlıq məlumatlarını araşdırıblar.

Genetik fərqləri minimuma endirmək üçün əkizlər üzərində araşdırma aparan tədqiqatçılar  tatuajlı insanlarda dəri xərçəngi riskinin heç bir döyməsi olmayanlara nisbətən 1,62 dəfə yüksək olduğunu ortaya qoyublar. Tatu ölçüsü ilə xərçəng riski arasındakı əlaqəni də araşdıran tədqiqatçılar, ovucundan böyük döymələri olan insanlarda dəri xərçəngi riskinin, döymə olmayanlara nisbətən 2,37 dəfə, limfa xərçəngi riskinin isə 2,73 dəfə yüksək olduğunu müəyyən ediblər.

Tədqiqat mürəkkəb rənginin xərçəngin inkişafı ilə birbaşa əlaqəli olmadığını müəyyən edib. Tədqiqatçılar  döymə mürəkkəbindəki kiçik hissəciklərin qan dövranına daxil ola biləcəyini və limfa düyünlərində toplana biləcəyini, immunitet sistemini gərginləşdirdiyini və uzun müddətdə xərçəng riskini artıra biləcəyini söyləyib. 

Döymə mürəkkəbinin təkbaşına risk faktoru sayıla bilməyəcəyini anlamaq üçün daha geniş araşdırmalara ehtiyac olduğunu ifadə edən alimlər yüksək səviyyəli qurumları mövzu ilə bağlı yoxlamaları gücləndirməyə çağırıblar.

Paylaş: