Tailandda yüzdən çox fil daşqınlardan xilas edilib
Tailandın Chiang Mai əyalətində musson yağışlarının səbəb olduğu daşqınlar fillərin yerləşdirildiyi ərazini su altında qoyub.
Fhnews.az xəbər verir ki, Tailandın hakimiyyət orqanları indiyədək 117 filin xilas edildiyini, daha 9 filin isə hələ də təhlükəli ərazidə qaldığını bildirib.
Qeyd edək ki, Cənub-Şərqi Asiyanın böyük hissəsi hələ də mövsümi musson yağışlarının təsiri altındadır. Tailand hidrometeorologiya xidməti Ping çayında suyun səviyyəsinin rekord həddə qalxacağı barədə xəbərdarlıq edib. Təbii fəlakətin təsirinə məruz qalan ərazilərdə yaşayan sakinlərin və turistlərin təhlükəsiz ərazilərə təxliyə edilməsinə başlanılıb. Hazırda xilasedicilər qum torbaları ilə selin qarşısını almağa çalışır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...