Tailandda körpü konstruksiya uçub
Tailandın Satun əyalətində körpünün uçması nəticəsində 20 uşaq xəsarət alıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, qəza yanvarın ikinci şənbə günü Tailandda qeyd olunan Uşaqların Müdafiəsi Günü münasibətilə xüsusi texnikanın nümayişi zamanı baş verib. Operator körpünün konstruksiyasını çevirən zaman onu saxlayan tros qəfildən qopub, konstruksiyanın üzərində oturan uşaqlar iki-üç metr hündürlükdən yıxılıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri zərərçəkənlərə yardım göstərib, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Bir çoxunun kürəyindən xəsarət aldığı bildirilir. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıblar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...