Təhsilalanların musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulu üzrə imtahanlar başlanır
Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə təhsil alanların növbəti imtahan mərhələsi başlanır.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər iyunun 20-dən başlayaraq əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. İmtahanın keçirilmə tarixi və məkanı barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az), elektron poçt və SMS vasitəsilə müvafiq bildirişlər göndərilib.
Bununla yanaşı, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan bildirişini əldə edə bilərlər.
Türkiyənin müdafiə nazirinin rəhbərlik...
Mədəniyyət Nazirliyinin sistemindəki...
Heydər Əliyev Mərkəzində "Qəlbim...
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab...
Bu gün Ümumdünya Gülüş Günüdür...