Təhsil müəssisələrinin psixoloqları üçün növbəti təlim keçirilib
Fövqəladə Hallar Nazirliyi Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi və Tibb Xidmətinin əməkdaşları tərəfindən Nazirliyin Cənub Regional Mərkəzində regionun təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlar üçün təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd psixoloqların ekstremal şəraitdə çalışmaq vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.
Təlimdə FHN-in ixtisaslaşmış psixoloqları tərəfindən “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi” və son dövrlər aktuallığı daha da artan “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” mövzularında fotoslayd və videoçarx vasitəsilə ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...