Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının görüşləri matəm günü ilə bağlı təxirə salınıb
Yeniyetmə və gənclər arasında taekvondo üzrə ölkə birinciliyinin, böyüklər arasında Azərbaycan çempionatının sabaha təyin olunmuş görüşləri təxirə salınıb.
Azərbaycan Taekvondo Federasiyasından bildirilib ki, yarışlar matəm günü ilə bağlı təxirə salınıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...