Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Tacikistanın “ZET Mobile” mobil operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Fhnews.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, “ZET Mobile” “Azerspace-2” peykindən istifadə etməklə Tacikistanın uzaq regionlarında yüksək keyfiyyətli rabitə xidmətlərinin təmin olunmasını təşkil edəcək.
Tacikistanda rabitə xidmətlərinə çıxış əksər hallarda iri şəhərlərlə məhdudlaşır. "Azərkosmos"la əməkdaşlıq Tacikistanın həm rəqəmsal infrastrukturuna, həm də ucqar bölgələrdə sosial-iqtisadi inkişafa töhfə verəcək.
“ZET Mobile” mobil operatoru “Azerspace-2” peykinin xidmətlərindən istifadə etməklə müştərilərinə nəqliyyat vasitələrində, dövlət və özəl qurumlarda, eləcə də ucqar ərazilərdə rabitə və internet xidmətlərindən faydalanmaq imkanı yaradacaq.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...