2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib (video)

07-12-2024

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla ümumilikdə 5 nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Paylaş: