Sudanda humanitar yardımlara vergi tətbiq edilib
Cənubi Sudanda humanitar yardımlara görə vergi tətbiq edilməsi narahatlıq doğurub.
Fhnews.az xəbər verir ki, hökumət beynəlxalq təşkilatları vergidən azad etsə də, yerlərdə fəaliyyət göstərən QHT-lərə vergi tətbiq edilir. BMT-nin məlumatına görə, bu prosedur aclıqdan əziyyət çəkən 9 milyon insana yardımların çatdırılmasını çətinləşdirir.
Hazırda humanitar yardım üçün nəzərdə tutulan yanacağa və yardımı müşayiət edən şəxslərə vergi tətbiq olunur. Hökumət qərarını belə əsaslandırıb ki, “QHT-lər mənfəət əldə etmək məqsədi güdən özəl şirkətlərdir. Onların vergidən azad edilməsi üçün heç bir əsas yoxdur”.
BMT-nin missiyası vergiyə görə bütün humanitar yardımları qeyri-müəyyən vaxtadək dayandırıb. Missiya bildirir ki, ötən ay 339 000 dollar vergi ödəyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...