2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Sudanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 46 nəfər həlak olub

26-02-2025
IMG

Sudanın Xartum əyalətinin Omdurman şəhərində Sudan hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində azı 46 nəfər həlak olub.

Fhnews.az xəbər verir ki, qəzaya səbəb təyyarənin yerli aviabazadan qalxdıqdan qısa müddət sonra yaşayış məntəqəsinə çırpılması olub. Qəzanın qurbanları arasında ekipaj üzvləri və sudanlı hərbçilər, həmçinin təyyarənin qəzaya uğradığı yaşayış binasında olan mülki şəxslər var.

Xilasedicilər qəza yerində dağıntıları təmizləməyə davam edir.

Paylaş: