Sudanda güclü yağış və daşqın problemlər yaradıb
Sudanın rəsmi xəbər agentliyi “SUNA”-nın məlumatına görə, Əbu Həməd şəhəri və ətraf kəndləri vuran güclü yağış və daşqınlar evlərin uçmasına səbəb olub. Evlərin dağıntıları altında qalan və təbii fəlakətdə itkin düşmüş insanların tapılması üçün axtarış-xilasetmə işləri davam edir. Güclü yağış və sel nəticəsində 11 nəfər həyatını itirib, ən azı 60 nəfər yaralanıb.
Beynəlxalq Miqrasiya Təşkilatı açıqlamasında Nil çayı üzərindəki Əbu Həməd şəhərinə təsir edən güclü yağış və daşqınların 86 ailənin didərgin düşməsinə səbəb olduğu bildirilib.Açıqlamada 86 evin tamamilə dağıldığı, 20 evin qismən dağıldığı, dinc sakinlər arasında itki və yaralananların olduğu paylaşılıb.
Sudan Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada iyun ayından bəri ölkənin 7 əyalətində yağan leysan və daşqınlar nəticəsində 32 nəfərin öldüyünü, 107 nəfərin isə yaralandığını açıqlayıb.
Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...