2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Şri-Lankanın bəzi yerlərində 7 mindən çox insan içməli su çatışmazlığı ilə üzləşib

25-02-2025
IMG

Şri-Lankanın Ratnapura və Kalutara rayonlarında 7 mindən çox insan quraqlıq səbəbindən içməli su çatışmazlığı ilə üzləşib.

Fhnews.az xəbər verir ki, bununla bağlı ölkənin Fəlakətlərin İdarə Edilməsi Mərkəzi məlumat yayıb. Bildirilib ki, ölkə üzrə ən yüksək temperatur Ratnapurada qeydə alınıb.

Havaların quraq keçməsinə baxmayaraq, 2025-ci ilin may ayına qədər suvarma üçün kifayət qədər suyun olduğunu qeyd edən Suvarma İdarəsi əkinçiliyin zərər görməyəcəyini bildirib.

Paylaş: