Şri-Lankada güclü yağış daşqınlara yol açıb
Şri-Lankada həftəsonu yağan güclü yağış səbəbindən bir çox ev, əkin və yollar su altında qalıb. Fəlakət İdarəetmə Mərkəzi 3 nəfərin həyatını itirdiyini və təxminən 135 min adamın seldən zərər çəkdiyini açıqlayıb. Rəsmilər ehtiyat tədbiri olaraq bəzi bölgələrdə elektrik enerjisinin kəsildiyini, dəniz və ordu hissələrinin xalqa ərzaq və digər əsas ləvazimatlarla təmin edilməsi üçün təyin edildiyini və 7 min insanın təxliyə edildiyini açıqlayıb.
Qeyd edək ki, Şri-Lanka may ayından bəri musson yağışlarının yaratdığı əlverişsiz hava şəraiti ilə mübarizə aparır. İyun ayında ölkədə daşqın və sürüşmə nəticəsində 16 nəfər həyatını itirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...