Sosial-mədəni xidmət sosial cəhətdən həssas qrupların daha geniş spektrinin faydalanmasına imkan verəcək
Azərbaycanda sosial xidmətlərin çeşidinin genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə “Sosial xidmət haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunub.
Fhnews.az xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Mövcud qanunvericilikdə asudə vaxtın səmərəli təşkili yalnız sosial-pedaqoji xidmət çərçivəsində nəzərdə tutulub. Lakin sosial-pedaqoji xidmət əsasən yetkinlik yaşına çatmayan şəxslərin inkişafındakı geriliklərin aradan qaldırılması və davranış pozuntularının profilaktikasına yönəldiyindən, digər sosial cəhətdən həssas qrupların bu xidmətdən faydalanması mümkün olmayıb. Bu kontekstdə qanuna yeni bir xidmət növü – sosial-mədəni xidmətin əlavə edilməsi təklif edilib. Sosial-mədəni xidmətlər fərdlərin sosial-mədəni mühitə inteqrasiyasına və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlib. Bu dəyişiklik çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin daha da təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradacaq. Yeni xidmət növünün tətbiqi sosial cəhətdən həssas qrupların daha geniş spektrinin bu xidmətdən faydalanmasına imkan verəcək.
Təklif olunan dəyişiklik layihəsi plenar iclasa təqdim olunmaq üçün tövsiyə edilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...