Son 4 ildə 12,3 mindən çox imtiyazlı şəxsi sanatoriya-kurort yollayışı ilə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son 4 ildə 12,3 mindən çox imtiyazlı vətəndaşı müxtəlif sanatoriya və kurort mərkəzlərinə yollayışla təmin edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onların sırasına əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daxildir.
Həmin şəxslər xəstəliklərinə uyğun olaraq ölkəmizin bölgələrindəki sanator-kurort və müalicə mərkəzlərində müalicə kursu keçiblər.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...