2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

SOCAR Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib

28-02-2025
IMG

SOCAR-ın prezidenti Rövşən Nəcəf Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə cari il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Somalinin Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.

Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Paylaş: