2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Skylla heykəlləri Laodikiyanın antik şəhərində tapılıb

09-08-2024
IMG

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Dənizlidə "Laodikiya İrsi Gələcəyə Miras Layihəsi" çərçivəsində davam edən səhnə binasının bərpa işləri zamanı unikal və rəngli Skylla Qrup heykəllərinin aşkar edildiyini açıqlayıb.

Nazir sosial media hesabından verdiyi açıqlamada türk arxeologiyasının ən əhatəli və iddialı layihəsi olan “Gələcəyə Miras” tətbiqinin bəhrəsini verməyə davam etdiyini bildirib və qeyd edib ki, bu qeyri-adi heykəllər Ellinistik dövrünün barokko üslubunu əks etdirən nadir əsərlər olduğu üçün çox əhəmiyyətlidir və orijinal boyaları ilə günümüzə qədər gəlib çatmışdır.

Paylaş: