2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Sinqapur bankı əməkdaşlarını ixtisar edərək süni intellektdən istifadə edəcək

26-02-2025
IMG

Sinqapurun ən böyük banklarından biri olan “DBS” yaxın 3 ildə müxtəlif vəzifələrdə çalışan təxminən 4 min müqaviləli işçini işdən çıxarmağı və bu vəzifələrdə süni intellektdən istifadə etməyi planlaşdırdığını açıqlayıb. Yerli mətbuatda yayılan xəbərlərə görə, “DBS” Bankın İdarə Heyətinin sədri Piyuş Qupta Hindistanın Mumbay şəhərində keçirilən konfransda süni intellektin bank sektoruna təsiri ilə bağlı qiymətləndirmələr edib. Süni intellektin insanların gördüyü işləri daha çox ələ almasını gözlədiyini ifadə edən Gupta "Mövcud təxminlərimə görə, önümüzdəki 3 ildə işçi qüvvəmizi təxminən 4 min nəfər, yəni  10 % azaldacağıq"-deyib.
Qeyd edək ki, bu bankda təxminən 41 min nəfər çalışır və 8-9 min müqaviləli işçisi var.

Paylaş: