2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Şimali Koreya uzun müddətdən sonra ölkəyə turist qəbul edib

26-02-2025
IMG

Keçən həftə Şimali Koreyaya səfər edən bir qrup turist, keçən il ölkəyə gedən 100 rusdan başqa, son 5 ildə ölkəyə daxil olan ilk xarici turist qrupu olub.

Çinin paytaxtı Pekində yerləşən “Koryo Tours” turizm şirkəti, 20-24 fevral tarixləri arasında Şimali Koreyanın xüsusi iqtisadi zonasının yerləşdiyi şimal-şərq sərhəddindəki Rason şəhərinə 13 turist üçün beş günlük səyahət təşkil etdiyini açıqlayıb. 

İngiltərə, Kanada, Yunanıstan, Yeni Zelandiya, Fransa, Almaniya, Avstriya, Avstraliya və İtaliyadan olan sərnişinlər Çindən quru yolu ilə Şimali Koreyaya keçib.

Turistlər fabrikləri, mağazaları, məktəbləri və Şimali Koreya lideri Kim Çen Inın babası Kim İr Senin və atası Kim Çen İrin Rasondakı heykəllərini ziyarət edib.

Paylaş: