Şimali Koreya strateji qanadlı raket təlimləri keçirib
Şimali Koreya raket bölmələrinin atış imkanlarını sübut etmək üçün strateji qanadlı raket təlimi keçirdiyini açıqlayıb. Şimali Koreya lideri Kim Çen In bildirib ki, daha əhatəli müharibəyə və nüvə gücümüzdən istifadə etməyə hazır olmalıyıq.
Kim Çen Inın nəzarəti altında ölkənin qərb sahillərində keçirilən təlim çərçivəsində atılan raketlərin orta hesabla 132 dəqiqə ərzində 1587 kilometrlik oval orbitdə uçduğu və daha sonra təyin olunmuş hədəfləri vurduğu bildirilib.Şimali Koreya Mərkəzi Xəbər Agentliyi Kim Çen Inın raket sınağını yerində izlədiyini açıqlayıb. Təlimin müvəffəqiyyətini alqışlayan Kim "Ən mükəmməl çəkindirmə və müdafiə vasitəsi güclü hücum qabiliyyətidir"- deyib. Kim ölkənin suverenliyini və təhlükəsizliyini nüvə qalxanı ilə müdafiə etməyə davam edəcəklərini də əlavə edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...