2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Şimali Koreya lideri nüvə silahı potensialını inkişaf etdirməyə çağırıb

09-02-2025
IMG

Şimali Koreya lideri Kim Çen In dünyada baş verən böhranların arxasında ABŞ-nın dayandığını iddia edərək, ölkəsinin nüvə silahı potensialını gücləndirməyə çağırıb.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin  məlumatına görə, Kim ordunun yaradılmasının 77-ci ildönümünü münasibətilə keçirilən mərasimdə ABŞ-nı dünyanın müxtəlif regionlarında geosiyasi böhranlara səbəb olmaqda ittiham edib.

Bölgədə lazımsız gərginliyin olmasını istəmədiklərini bildirən Kim yeni müharibənin başlamasının qarşısını almaq və bölgədə təhlükəsizliyi təmin etmək üçün müxtəlif tədbirlər görəcəklərini bəyan edib.

Kim ABŞ-nın Koreya yarımadasında yerləşdirdiyi nüvə aktivlərinin bölgədə balanssızlığa səbəb olduğunu müdafiə edərək ölkəsinin nüvə silahı potensialını gücləndirməyə çağırıb.

Qeyd edək ki, Şimali Koreya lideri yanvarın 29-da nüvə silahı obyektinə baş çəkib və ölkənin təhlükəsizliyi, maraqları və inkişafı üçün nüvə silahı potensialının gücləndirilməsinin vacib olduğunu bildirib.

Paylaş: