Serbiya prezidenti Aleksandr Vuçiçin zirehli xidməti maşınının təkəri sükanı idarə edərkən yerindən çıxıb. Əvvəlcə sükan üzərində idarəetməni itirən sürücü daha sonra siqnal verib və sağ zolağa keçərək sükanı yoxlayıb. Həmin anlar arxadakı avtomobilin kamerasına əks olunub.
Serbiya prezidenti ölkənin şimalındakı Melenci kəndinə səfər etmiş və Kikindadakı böyük mitinqindən bir qədər əvvəl başqa kəndə yollanmışdı. Lakin qəfildən onun maşınının təkəri yerindən çıxıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Serbiya prezidenti başqa maşına keçərək proqramını davam etdirib. Serbiya hakimiyyətindən insidentlə bağlı rəsmi açıqlama verilməyib. Lakin Serbiya mətbuatının məlumatına görə, Vuçiç qəzadan sonra hadisə ilə bağlı açıqlama verib. Vuçiçin açıqlamasında, "Melenci kəndini ziyarət etdikdən sonra Kikindadakı böyük mitinqdən bir qədər əvvəl Mokrin kəndinə gedirdim və o yolda öz maşınımda idim. Bunu sizə bir neçə cümlə ilə izah edəcəyəm. Yəni təkər partladı,yoxsa onun təbəqələri partladı, bunu səlahiyyətli orqanlar müəyyən edəcək"- ifadəsini işlədib.
Qəza ilə bağlı Serbiya Daxili İşlər Nazirliyinin başlatdığı təhqiqat davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...