2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Şengen zonasında "Elektron giriş-çıxış sistemi" tətbiq ediləcək

06-03-2025
IMG

Avropa İttifaqının nazirləri Şengen zonasına səyahət edənlərin giriş-çıxışının rəqəmsal qeydinə imkan verəcək “Elektron Giriş-Çıxış Sistemi”nə (EES) mərhələli keçidi təsdiqləyiblər. Avropa İttifaqı Şurasından verilən yazılı açıqlamaya görə, Polşada bir araya gələn Aİ ölkələrinin daxili işlər nazirləri  üzv dövlətlərin 6 ay müddətində mərhələli şəkildə “Elektron Giriş-Çıxış Sistemi”ni (EES) tətbiq etmələrini təmin edəcək tənzimləmə üzərində razılığa gəliblər. Müqaviləyə əsasən, üzv ölkələr ilk 60 gün ərzində biometrik funksiyalar olmadan yeni sistemlə işləyə biləcəklər, lakin 3 aydan sonra yeni sistemdən sərhəd-keçid məntəqələrinin ən azı yarısından istifadə etməli olacaqlar. AB-yə daxil olarkən yeni sistemə 6 aylıq keçid dövrünün sonuna qədər səyahət sənədlərinin əllə vurulması davam edəcək, lakin bu müddətin sonunda bütün məlumatlar elektron sistem vasitəsilə işlənəcək.

Paylaş: