"Şengen" vizası rüsumları artırıldı.
Sloveniya Xarici İşlər Nazirliyi Avropa İttifaqı Komissiyasının “Şengen” viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırdığını açıqlayıb. Yeni qiymətlər iyunun 11-dən qüvvəyə minəcək.
6-12 yaşlı uşaqlar üçün 40 avroluq viza rüsumu 45 avroya qədər artacağı halda, Avropa İttifaqında qeyri-müntəzəm qalan vətəndaşların readmissiyası ilə əməkdaşlıq etməyən ölkələrin vətəndaşları 135 və ya 180 avro viza rüsumu ödəyəcəklər.
Qeyd edək ki,”Şengen” vizası rüsumları hər üç ildən bir artır. Əvvəllər 2020-ci ildə 60 avrodan 80 avroya qaldırılmışdı. Məlumata görə, 2023-cü il üçün viza müraciətləri 2022-ci illə müqayisədə 36 faiz artıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...