Seneqal sahillərində 200-dən çox miqrantı daşıyan qayıq saxlanılıb
Seneqal Hərbi Dəniz Qüvvələrinə məxsus patrul gəmisi Lompul yaşayış məntəqəsinin yaxınlığındakı sahildə 202 qeyri-qanuni miqrantın olduğu qayıq aşkarlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Dakardakı dəniz bazasına gətirilən miqrantlar hüquq-mühafizə orqanlarına təhvil verilib.
2023-cü ilin iyulunda Seneqal hakimiyyəti qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə milli strategiyanı təsdiqləyib. Belə ki, ölkənin Hərbi Dəniz Qüvvələri bu yolla Avropa ərazisinə çatmağa çalışan miqrantların sayını azaltmaq üçün Atlantik okeanının sahil sularında patrul xidmətini gücləndirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...