2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Saxalin sahillərində buz parçasının üzərində köməksiz qalan 374 balıqçı xilas edilib

28-02-2025
IMG

Xilasedicilər Saxalin sahillərində qopan buz parçasının üzərindən 374 balıqçını xilas ediblər.

Fhnews.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

"Saxalində xilasetmə əməliyyatı uğurla başa çatıb. Bütün insanlar sahilə çıxarılıb.

Ümumilikdə 374 nəfər xilas edilib", - mətbuat xidmətindən bildirilib.

Xəbər verildiyi kimi, Oxot dənizində, Saxalin sahillərində ilkin məlumatlara görə, üzərində 200 balıqçının olduğu buz parçası qopub. Fövqəladə hadisə Lesnoye kəndi yaxınlığında baş verib. Fövqəladə Hallar Nazirliyinin gəmisi və “Mi-8” helikopteri xilasetmə işlərinə cəlb edilib.

Paylaş: