Səudiyyə Ərəbistanının dövlət himni yenidən bəstələnəcək
Bu barədə Səudiyyə Ərəbistanının Əyləncələr üzrə Baş İdarəsinin direktoru Türki əş-Şeyx sosial şəbəkə hesabında paylaşım edib. O, Səudiyyə Ərəbistanının milli himninin müxtəlif alətlərlə yenidən qurulması üçün “Oskar”, “Qızıl Qlobus” və “Qremmi” mükafatlarının laureatı, almaniyalı bəstəkarı Hans Zimmerlə danışıqlar apardıqlaırını deyib.
Hans Zimmeri zəmanənin ən böyük musiqiçilərindən biri adlandıran Turki Əl əş-Şeyx bəstəkarla gələcək layihələrlə bağlı çoxlu müzakirələr apardıqlarını və onların arasında Səudiyyə Ərəbistanının dövlət himninin yeni versiyasının da olduğunu bildirib.
Onun sözlərinə görə, krallığın mədəni irsindən ilhamlanaraq “Ərəbistan” adlı orijinal musiqi əsəri yazması üçün Hans Zimmerə müraciət edilib. Bəstəkar həmçinin Səudiyyə Ərəbistanında çəkiləcək “Yərmuq döyüşü” filminin musiqisi tərtibatında da iştirkak edəcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...