2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir

11-02-2025
IMG

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda hava çirkliliyi həssas əhali qrupları üçün təhlükəli səviyyəyə yüksəlib.

Fhnews.az xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo fevralın 11-də dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhərdir. Belə ki, şəhərdə havanın keyfiyyət indeksi 213 olaraq qeydə alınıb. Sarayevo havanın keyfiyyət indeksinə görə təhlükəli və qeyri-sağlam olaraq təsnif edilib.

Hava çirkliliyi ilə əlaqədar ürək və tənəffüs orqanlarının xəstəlikləri olan insanlara vacib olmadığı təqdirdə evdən bayıra çıxmamaq tövsiyə olunub.

Mütəxəssislərin fikrincə, sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri şəhərdə havanın çirklənməsinin ən böyük səbəblərindəndir.

Paylaş: