Sarayevo ziyarət edilməli yerlər arasında "dünyanın ən yaxşısı" seçilib
“National Geographic” jurnalı Bosniya və Herseqovinanın paytaxtı Sarayevonu 2025-ci ildə ziyarət ediləcək yerlər arasında "dünyanın ən yaxşısı" olaraq təyin edib.
Yazıda vurğulanır ki, “Bir əsrlik tarix və təbii gözəlliklərlə qarışan bu kosmopolit paytaxtın bu qədər sevilməsi təəccüblü deyil. Miljacka çayı boyunca gəzin və şəhərin sizə təqdim etdiyi mənzərədən həzz alın”…
Sarayevo meri Benjamina Kariç paytaxtın dünyanın hər yerindən gələn qonaqları ən yaxşı şəkildə qəbul etdiyini ifadə edərək, Başçarşıda bir dəfə su içənlərin mütləq Sarayevoya qayıdacaqlarına diqqət çəkib.
“National Geographic Travel” jurnalının keçirdiyi səsvermədə Sarayevodan başqa Vyetnamdan Ho Chi Minh, ABŞ-dan New Orleans, Türkiyədən Bodrum və Perudan Cusco da yer alıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...