Samanyolundan 30 dəfə böyük olan nəhəng radioqalaktika kəşf edilib
Cənubi Afrikadakı MeerKAT teleskopundan aparılan müşahidə ilə astronomlar 3 milyon işıq ilinə qədər uzanan və Süd Yolu Qalaktikasından 30 dəfə böyük, nəhəng plazma reaktivləri olan yeni bir radioqalaktikanın varlığını ortaya çıxarıblar. Astronomlar bu yeni nəhəng qalaktikaya "İnkathazo" adını veriblər ki, bu da Afrikanın yerli dillərində "isiZulu və isiXhosa" mənasını verir.
Keyptaun Universitetinin tədqiqat qrupundan biri olan Kathleen Charlton deyir ki, biz yeni qalaktikaya “problem” mənasını verən “İnkathazo” adını verdik, çünki bu qalaktikanın arxasında duran fizikanı başa düşmək bir qədər çətindir. Radioqalaktikalar mərkəzlərində superkütləvi qara dəliklər olan və radiotezliklərdə parlayan nəhəng plazma jetləri göndərən kosmik strukturlar kimi müəyyən edilir. 2 milyon işıq ilindən böyük olan bu tip qalaktikalara “nəhəng radioqalaktikalar” (GRG) deyilir.
“İnkathazo” Qalaktikasının plazma reaktivlərinin normal olaraq düz olması gözlənilsə də, astronomlar bir reaktivin formasının əyilmiş olduğunu qeyd edirlər. Digər tərəfdən astronomlar “İnkatazo”nun yerləşdiyi qalaktika klasterində belə nəhəng qalaktikaların əmələ gəlməsinə mane olacaq şərtlərin olmasının vacibliyini, lakin “İnkatazo”nun qeyri-adi şəkildə böyüdüyünü və bunun da ağıllara yeni suallar gətirdiyini ifadə ediblər.
Bundan əlavə, MeerKAT teleskopu ilə aparılan araşdırmalarda “İnkatazo”nun plazma yaşlarının xəritəsi çəkilmiş və bəzi elektronların müəmmalı şəkildə enerji qazandığı və buna “İnkathazo” ətrafındakı isti qazlarla reaksiya verən reaktivlərin səbəb ola biləcəyi qeyd edilmişdir.
Araşdırmanın nəticələri Kral Astronomiya Cəmiyyətinin “Monthly Notices” jurnalında dərc olunub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...