Salda gölü Dünya Geoloji İrs Siyahısına daxil edilib
Cənubi Koreyanın Busan şəhərində keçirilən 37-ci Dünya Geoloji Konqresində Burdurun Yeşilova rayonundakı Salda gölünün "Dünyanın Ən Əhəmiyyətli 100 Geoloji İrs Siyahısı"na daxil edildiyi açıqlanıb. Qeyd edək ki, Salda gölü Burdurun Yeşilova rayonunda, rayon mərkəzindən 4 km aralıda, meşə ilə örtülü təpələr, qayalıq torpaqlar və kiçik allüvial düzənliklərlə əhatə olunmuş bir qədər duzlu karst göldür.
Göllər Bölgəsi daxilində heç bir axını olmayan qapalı hövzə quruluşuna malikdir. Onun sahəsi təxminən 44 kvadrat kilometrdir. Dərinliyi 184 metrə çatan Türkiyənin 3-cü ən dərin gölüdür. Göldə əmələ gələn hidromaqnezit mineralı “bioloji minerallaşma”nın ən gözəl və müasir nümunələrindən biridir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...