Səlcuq Bayraktar: “Dünya PUA bazarının 65 faizi Türkiyənin əlindədir”
Baykar İdarə Heyətinin sədri Səlcuk Bayraktar Türkiyənin dünya PUA bazarının yüzdə 65-nə sahib olduğunu ifadə edərək deyib ki, 20 il əvvəl geri dönəndə ölkəmiz böyük ölçüdə təchizatçı idi. İndi o, yeni istehsallarla dünyada iz buraxır.
Bu barədə Səlcuq Bayraktar İstanbul Sərgi Mərkəzində keçirilən “SAHA EXPO” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində media nümayəndələrinə açıqlama verərkən deyib. Türkiyə daxilindən də böyük marağın olduğunu deyən Bayraktar ümid etdiyini bildirib ki, ölkəsi təkcə müdafiə sənayesində deyil, texnologiyanın bütün mülki sahələrində də oxşar transformasiya həyata keçirəcək. O, “Məhz bu məqsədlə biz milli texnologiyada iz qoyacaq tədbirlər hazırlayırıq. Mən bu ailənin və milli müdafiə sənayesinin üzvü olduğum üçün fəxr edirəm.”-deyə fikirlərini yekunlaşdırıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...