Sakaryada fabrikada partlayış olub, 20 nəfər yaralanıb
Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə “TRT Haber” “Anadolu”ya istinadən bildirib.
“Makaron fabrikasında hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub.
İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...