Şəhərsalma məcəlləsinə dəyişiklik elektriklə işləyən nəqliyyat vasitələrinin yayılmasını dəstəkləyir
Azərbaycan parlamenti Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Fhnews.az xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Dəyişikliyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) və ya fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi doldurucuları yerləşdirilə bilər. Bu dəyişiklik, elektriklə işləyən nəqliyyat vasitələrinin yayılmasını və infrastrukturların uyğunlaşdırılmasını nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...