Şagirdlərin elektron yerdəyişməsinə start verilib
2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilib. Proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçiriləcək.
Fhnews.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda yerdəyişmə 2-9 və 11-ci siniflər üçün aktivləşdirilib, 10-cu siniflər üçün isə avqustun 15-i saat 15:00-dan aktivləşdiriləcək.
Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...