2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

SAF 2024 festivalının iştirakçıları iqlim dəyişmələri ilə bağlı maarifləndiriliblər

25-10-2024
IMG

Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının (SAF 2024) ikinci günündə iştirakçılar iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə cəlb olunublar.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilib.

Təlimçilər Bakı Dövlət Universitetinin dosenti Lalə Bayramova, Xəzər Universitetinin dosenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov və İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova olub.

Təlimlərdə iqlim dəyişikliyi, qlobal istiləşmə, iqlim dəyişikliklərinin insan həyatına zərərləri, səth sularının idarəolunması, su ehtiyatlarının ərzaq istehsalı ilə bağlılığı və digər mövzular barədə danışılıb, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş: